Nüvə anlaşmasına riayət hamının xeyrinədir
Fev 08, 2016 12:20 Asia/Baku
-
Nüvə anlaşmasına riayət hamının xeyrinədir
İran İslam Respublikasının xarici işlər naziri nüvə anlaşmasına riayəti hamının xeyrinə bilib.
Məhəmməd Cavad Zərif bazar ertəsi günü nüvə müzakirələri üzrə məsul şəxslərdən bir qrupunun yüksək dəyərləndirilməsi mərasimindən öncə IRIB ilə müsahibədə deyib: Otuz aylıq müzakirələrə və əldə olunmuş nəticələrə əsasən, ağıl hökm edir ki, hamı onu icra etmiş olsun.
Zərif söyləyib: Hamının mənafeyi bundadır ki, nüvə anlaşması icra olunsun, çünki İran xalqına təzyiq göstərmək üçün izlənilən heç bir metod nəticə vermədi və onlar müzakirələrə qayıtmağa məcbur oldular.
İranın xarici işlər naziri həmçinin vurğulayıb: İran İslam Respublikası aqilanə surətdə və sayıqlıqla nüvə anlaşmasının icrasını monitorinq edəcək.