İran və Qana prezidentlərinin mətbuat konfransı
https://azeri.sahartv.ir/news/İran-i207832-İran_və_qana_prezidentlərinin_mətbuat_konfransı
İran prezidenti deyib ki, İran Afrika ölkələri ilə həmkarlığa böyük önəm verir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 14, 2016 14:18 Asia/Baku
  • İran və Qana prezidentlərinin mətbuat konfransı
    İran və Qana prezidentlərinin mətbuat konfransı

İran prezidenti deyib ki, İran Afrika ölkələri ilə həmkarlığa böyük önəm verir.

İran prezidenti Həsən Ruhani İran ilə Qana arasında əməkdaşlıq sənədlərinin imzalanmasından sonra Qana prezidenti John Dramani Mahama ilə birgə mətbuat konfransında deyib: Əkinçilik və standart sahələrində əməkdaşlıq sənədlərinin imzalanmasından əlavə, neft, enegetika, hüquqi yardım, emal olunan enerji və kakao emalı sahələrində də anlaşma sənədləri əldə olunub və mədəniyyət, elm və xidmətlər üzrə müzakirələr də aparılıbdır.

İran prezidenti İranın quruculuq cihadınn Qanadakı fəlaiyyətlərinə toxunaraq, deyib: Qanada iranlı məktəb və müalicə mərkəzlərinin yaradılması bu ölkə rəsmiləri üçün mühüm olubdur və Qana prezidenti də ona işarə edibdir.

Ruhani əlavə edib: Sonrakı məsələ, Afrikanın şimalında təhlükəsizlik və terror qruplarının fəaliyyəti məsələsi olub və İran ilə Qana terrorizmlə mübarizə vacibliyini vurğulayıblar.

İran prezidenti söyləyib: Fələstin məsələsi və Fələstin xalqına edilən zülm Qana prezidentilə danışıqların digər hallarından olub.

Qana prezidenti də İranla əməkdaşlıq sənədlərinin imzalanmasından sonra qüdrətli ölkələrlə müzakirələrdə İranın güclü diplomatiyasını təbrik edib və bildirib ki, İranda olması ilə iftixar edir.

John Dramani Mahama deyib ki, İran daim rasisizmlə mübarizədə məzlum Afrika xalqlarının himayəçisi olub.

Qana prezidenti söyləyib: İran və Qana bir çox hallarda müştərək fikirə malikdirlər və regionda mövcud olan böhranlar, həmçinin Fələstin və terrorizm kimi məsələlər barədə İran prezidentilə müzakirədə fikir mübadiləsi aparıbdır.

İran və Qana prezidentlərinin iştirakı ilə iki ölkə müştərək münasibət və həmkarlıqların möhkəmləndirilməsi və dərinləşdirilməsi çərçivəsində iki sənəd və bir neçə memorandum imzalayıb.

Qana prezidenti şənbə günü gecə yüksək səviyyəli siyasi-iqtisadi bir heyətlə Tehrana daxil olub.