Dördtərəfli Tehran neft iclası işə başlayıb
Dördtərəfli Tehran neft iclası İran, İraq, Venesuela və Qətərin neft və energetika nazirlərinin iştirakı ilə işə başlayıb.
ŞANA xəbər agentliyinin məlumatına görə, bu dördtərəfli iclas İran, İraq və Venesuelanın neft naziriləri- Bijən Namdar Zəngənə, Adil Əbdulməhdi və Alocio Del Pino, həmçinin Qətərin sənaye və energetika naziri Muhəmməd bin Salih Əlsadənin iştirakı ilə bazarın şəraiti və neftin beynəlxalq qiymətinin yaxşılaşdırılması məqsədilə çərşənbə günü günortadan sonra Tehranda başlayıb.
Bu iclas öncə qərar üzrə üçtərəfli surətdə keçirilməli idi, amma Qətərin sənaye və energetika nazirinin Tehrana səfərilə iclas dördtərəfli keçirilir.
Ərəbistan, Rusiya, Qətər və Venesuelanın neft və energetika nazirləri də çərşənbə axşamı günü Dohada dördtərəfli iclas keçiriblər və sonda razılığa gəliblər ki, öz hasilatlarını yanvar ayındakı istehsal səviyyəsində təsbit etsinlər. Əlbəttə, bu OPEK-ə üzv və qeyri-üzv digər əsas neft istehsalçılarının qəbul etmələri şərtilə mümkün olacaqdır.