Azərbaycan Respublikası prezidenti Tehrana daxil olub
-
Azərbaycan Respublikası prezidenti Tehrana daxil olub
Azərbaycan Respublikası prezidenti yüksək səviyyəli siyasi və iqtisadi bir heyətlə Tehrana daxil olub.
IRNA-nın məlumatına görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev Tehrana daxil olarkən İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi tərəfindən qarşılanıb.
Azərbaycan Respublikası prezidenti qarşıdakı saatda Tehrandakı Səədabad tarixi-mədəni kompleksində İran İslam Respublikasının prezidenti Həsən Ruhani tərəfindən rəsmən qarşılanacaq.
İkitərəfli, regional və beynəlxalq münasibətlərin genişlənməsi və dərinləşməsi, siyasi, iqtisadi, ticari və mədəni sahələrdə Tehran ilə Bakı arasındakı əməkdaşlıqların inkişaf etdirilməsi İlham Əliyevin Tehran səfərinin hədəflərindəndir.
Bu səfərdə iki ölkənin prezidentləri və nümayəndə heyətlərinin müzakirələrindən əlavə, siyasi, iqtisadi, ticari və mədəni sahələrdə çoxlu sayda razılaşma və həmkarlıq sənədi imzalanacaq.
Bu, Azərbaycan Respublikası prezidentinin son bir ildə İrana ikinci səfəridir.