Ruhani Azərbaycan Respublikası prezidentini rəsmən qarşılayıb
https://azeri.sahartv.ir/news/İran-i208846-ruhani_azərbaycan_respublikası_prezidentini_rəsmən_qarşılayıb
İran İslam Respublikası prezidenti çərşənbə axşamı günü Azərbaycan Respublikası prezidenti İlham Əliyevi rəsmi şəkildə qarşılayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2016 09:31 Asia/Baku
  • Ruhani Azərbaycan Respublikası prezidentini rəsmən qarşılayıb
    Ruhani Azərbaycan Respublikası prezidentini rəsmən qarşılayıb

İran İslam Respublikası prezidenti çərşənbə axşamı günü Azərbaycan Respublikası prezidenti İlham Əliyevi rəsmi şəkildə qarşılayıb.

İranın Prezident Administrasiyasının rəsmi informasiya portalının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhaninin Azərbaycan Respublikası prezidentini rəsmi qarşılama mərasimində iki ölkənin dövlət himninin səsləndirilməsindən sonra İran və Azərbaycan Respublikası prezidentləri xüsusi hərbi bölmənin qarşısından keçib, sonra isə öz nümayəndə heyətlərini bir-birilərinə təqdim ediblər.

İran İslam Respublikası və Azərbaycan Respublikası prezidentlərinin görüşü, yüksək səviyyəli heyətlərin iclaslarında iştirak, iki ölkənin rəsmiləri arasında əməkdaşlıq sənədlərinin imzalanması cənab Əliyevin Tehran səfərinin proqramlarındandır.

Ruhani və Əliyev rəsmi qarşılama mərasimindən dərhal sonra ikitərəfli görüş məkanına daxil olublar ki, iki ölkə əlaqələrinin qarşılıqlı, regional və beynəlxalq sahələrdə genişləndirilməsi yollarını araşdırmış olsunlar.