İran ilə Azərbaycan R. arasında 11 razılaşma və memorandum imzalanıb
-
İran ilə Azərbaycan R. arasında 11 razılaşma və memorandum imzalanıb
İran İslam Respublikası və Azərbaycan Respublikası əməkdaşlıqları genişləndirmək və sürətləndirmək üçün Tehranda on bir razılaşma və memorandum imzalayıblar.
İranın Prezident Administrasiyasının rəsmi informasiya portalının məlumatına görə, İran İslam Respublikası və Azərbaycan Respublikası arasında imzalanmış sənədlər çərşənbə axşamı günü Həsən Ruhani və İlham Əliyevin iştirakı ilə iki ölkənin rəsmi şəxsləri tərəfindən imzalanıb.
İki ölkənin dövlətləri arasında əməkdaşlıq sənədləri Astara-Astara dəmiryolu körpüsünün inşası üzrə müqavilə, iki ölkənin dəmir yollarının qovuşdurulması, elektrik enerjisi satışı, baytarlıq və heyvanların sanitariyası, gömrük işlərində qarşılıqlı idarə yardımı, fövqəladə şəraitin nəticələrinin öncədən qarşısının alılnması, məhdudlaşdırılması və azaldılması sahələri üzrədir.
Həmçinin imzalanmış anlaşma sənədlərində sosial himayələr, məşğulluq, səhiyyə və tibb elmləri sahələrində, eləcə də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İran Prezident Aparatının Qadın və Ailə Məsələləri Müavinliyi arasında əməkdaşlıq özünə yer alıbdır.
Bu anlaşma sənədlərinin digər maddələrindən İranın Milli Neft Şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında neft və qaz layihələri və tibbi ləvazimatlar sahəsində əməkdaşlıqlara işarə etmək olar.