İran ilə Almaniya arasında dəmiryolu həmkarlığı memorandumu imzalanıb
İran ilə bir alman şirkət arasında dəmiryolu həmkarlığı memorandumu imzalanıb.
IRIB-nin məlumatına görə, İranın yol və şəhərsalma naziri Abbas Axundi çərşənbə axşamı günü Tehranda bir alman şirkətlə həmkarlıq üzrə anlaşma sənədinin imzalanması mərasimində deyib: Bu mühüm bir müqavilədir ki, daha çox müdiriyyət sahəsində və iki ildən az bir müddətdə icra olunacaq.
Abbas Axundi vurğulayıb ki, İranda dəmiryolu xidmətləri səviyyəsi beynəlxalq xidmətər səviyyəsinə çatmalıdır. O, əlavə edib: Bir alman şirkətin seçilməsi Almaniyanın keçmişdəki yaxşı həmkarlıqlarına və almanların dəmiryolu sektorundakı təcrübələrinə görə olubdur.
Axundi deyib: Bütün səylərimiz İran vətəndaşlarının hüquqları və rifahı üçündür. O, əlavə edib: Dəmiryolunun beynəlxalq səviyyəli olması üzrə iş gündəmi İranın mühüm addımlarındandır.