İran-Naxçıvan səhiyyə həmkarlıqlarının genişləndirilməsi yolları araşdırılıb
İranın Qərbi Azərbaycan vilayətindən bir səhiyyə heyətinin Naxçıvan Muxtar Respublikasına səfərində ikitərəfli həmkarlıqlar və təcrübələr mübadiləsi yolları araşdırılıb.
IRNA-nın məlumatına görə, bu heyət cümə axşamı günü həmin ikigünlük səfər gedişində Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri ilə görüşüb.
Azərbaycan xəstəxanasının sərəncamçı müdiri doktor Əlaəddin Mehri bu görüşdə Naxçıvan Muxtar Respublikasının səhiyyə və müalicə sahələrindəki irəliləyişlərinə toxunaraq, deyib ki, bu muxtar respublika ilə İran arasında həmkarlıqların inkişafı üçün münasib zəminlər yaranıb.
Mehri Azərbaycan xəstəxanasının müxtəlif ixtisas bölmələri və tibb təcrübələri barədə əlavə edib: Bu xəstəxana İranın Qərbi Azərbaycan vilayətinin mötəbər xəstəxanalarından biri kimi, müştərək konfransların keçirilməsi, elmi seminarlarda iştirak, qarşılıqlı formada tibb heyətlərinin göndərilməsi yolu ilə tibbi təcrübələr mübadiləsi sahəsində Naxçıvanın səhiyyə və müalicə sektoru ilə həmkarlığa hazırdır.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov da bu görüşdə İran ilə Azərbaycan Respublikası arasındakı olduqca yaxşı əlaqələrə işarə edərək, deyib ki, bu yaxın əlaqələr iki ölkə xalqlarının dostluğunun daha da artmasına səbəb olacaq.