Seçkilər cəmiyyətin özəyinə kollektiv ruhu üfürməkdir
https://azeri.sahartv.ir/news/İran-i209596-seçkilər_cəmiyyətin_özəyinə_kollektiv_ruhu_üfürməkdir
Prezident Ruhani: Bu ölkənin sahibi xalqdır və yolu xalq təyin edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2016 07:16 Asia/Baku
  • Seçkilər cəmiyyətin özəyinə kollektiv ruhu üfürməkdir
    Seçkilər cəmiyyətin özəyinə kollektiv ruhu üfürməkdir

Prezident Ruhani: Bu ölkənin sahibi xalqdır və yolu xalq təyin edir.

İran İslam Respublikası prezidenti höccətülislam vəlmüslimin Həsən Ruhani III Beynəlxalq Avtomobil Sənayesi Konfransında İran xalqını 26 fevral seçkilərində ayıq iştirakı münasibəti ilə təbrik edərək deyib: Seçkilər cəmiyyətin rifahı və inkişafı istiqamətində sürətli hərəkət üçün cəmiyyətin özəyinə kollektiv ruhu üfürmək olmuş və indi də belədir.

Cənab Ruhani əlavə edib: Seçkiləri olmayan, səs qutusu olmayan vətəndaşlarının səsi onların taleyinə hakim olmayan cəmiyyət mütləq canlı və əhval-ruhiyyəli cəmiyyət olmayacaq.

Prezident bildirib: Vətəndaşlar regionun həssas şəraitində tam sağlam, təhlükəsiz və çox güclü rəqabətlə bu seçkilərdə iştirak etdilər və bu seçkilərin nəticəsi, inşallah xalqımız üçün mübarək olacaq.

Ruhani əlavə edib: Öncədən elan etdiyimiz kimi, seçkilərin nəticəsi və parlamentin tərkibi nə olursa olsun, hökumət xalqın səsinə hörmətlə yanaşmağa və gələcək parlamentlə əməkdaşlıq etməyə borcludur.

Prezident deyib: Vətəndaşların səsləri, sözləri bizim üçün dərsdir və hamımız inanmalıyıq ki, bu ölkənin sahibi xalqdır və yolu xalq təyin edir.