Ruhani: İran avtomobil sənayesində ölkələrlə əməkdaşlığı müsbət qarşılayır
https://azeri.sahartv.ir/news/İran-i209620-ruhani_İran_avtomobil_sənayesində_ölkələrlə_əməkdaşlığı_müsbət_qarşılayır
İran İslam Respublikası prezidenti İranın müştərək araşdırma, istehsal və ixrac sahəsində xarici avtomobilqayırma şirkətləri ilə əməkdaşlıq üçün hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2016 09:48 Asia/Baku
  • Prezident Həsən Ruhani
    Prezident Həsən Ruhani

İran İslam Respublikası prezidenti İranın müştərək araşdırma, istehsal və ixrac sahəsində xarici avtomobilqayırma şirkətləri ilə əməkdaşlıq üçün hazır olduğunu bildirib.

İran prezidenti Həsən Ruhani bu gün Tehranda III Avtomobil Sənayesi Beynəlxalq Konfransında avtomobilin qiymətinin ucuzlaşdırılması və istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsinin yalnız beynəlxalq bazarlarda iştirakla mümkün olduğunu bildirərək deyib: İran hökumətinin siyasəti avtomobil sənayesini özəlləşdirmək və vətəndaşlara təqdim etməklə onu rəqabət səhnəsinə çevirməkdir.

Ruhani İranda avtomobil sənayesinin inkişafı üçün yolun açıldığını bəyan edərək deyib: İran xalqının razılığı hökumət üçün xüsusi əhəmiyyət kəsb edir. Buna görə, istehsal olunan heç bir avtomobil İran vətəndaşlarına qəbul etdirilməyəcək.

İran prezidenti həmçinin avtomobil sənayesinin prioritetinin ətraf mühitə riayət etmək olduğunu bildirərək deyib: İslam Respublikası müştərək araşdırma, istehsal və ixracatla xarici avtomobilqayırma şirkətləri ilə əməkdaşlığı müsbət qarşılayır.

Bir neçə il qeyri-qanuni və ədalətsiz güclü sanksiyanın İranın inkişafı yolunu problemlə üzləşdirdiyini deyən Ruhaninin sözlərinə görə, dünyaya məntiqli şəkildə İran xalqının sülhsevər, təhlükəsizliyi sevən və dünya ilə əməkdaşlıq tərəfdarı olan xalq olduğunu elan etmək lazım idi.

İran prezidenti həmçinin 26 fevral İslam Şurası və Rəhbərlik Xobrəqan Məclisləri seçkilərinə toxunaraq deyib: Seçkiləri və səs qutuları, eləcə də vətəndaşlarının səsi ölkənin taleyinə hakim olmayan ölkə canlı və əhval-ruhiyyəli cəmiyyətə sahib olmayacaq.

III Avtomobil Sənayesi Beynəlxalq Konfransı bazar ertəsi günü 363 İran şirkəti və 23 ölkədən 137 xarici şirkətin iştirakı ilə Tehranda işə başlayıb.