İran və Rusiya arasında məhsul mübadiləsi artıb
https://azeri.sahartv.ir/news/İran-i209623-İran_və_rusiya_arasında_məhsul_mübadiləsi_artıb
İran və Rusiya iki ölkə arasında məhsul mübadiləsinin həcmini artırırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2016 10:22 Asia/Baku
  • İran və Rusiya arasında məhsul mübadiləsi artıb
    İran və Rusiya arasında məhsul mübadiləsi artıb

İran və Rusiya iki ölkə arasında məhsul mübadiləsinin həcmini artırırlar.

İRNA-nın məlumatına görə, İranın rabitə və informasiya texnologiyalar naziri və İran və Rusiya Müştərək İqtisadi Komissiyasının rəhbəri Mahmud Vaizi bazar ertəsi gecə Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Nikolayeviç Tkaçevlə Tehranda görüşdə iki ölkənin dəniz, hava və yol vasitəsi ilə nəqliyyat sektorunun çeşidləndirilməsinin zəruriliyini vurğulayıb.

Vaizi İran tərəfinin Rusiya ilə əlaqələrin genişlənməsi üzrə səy göstərdiyinə toxunaraq deyib: Gömrük müştərək sisteminin yerləşdirilməsi və onun elektronlaşdırılması və informasiya mübadiləsi iki ölkənin ixracat və ticarət məsələsində təsirli kömək ola bilər.

İranın rabitə və informasiya texnologiyalar naziri deyib: İran və Azərbaycan Respublikası dəmiryolu layihəsinin yekunlaşması ilə İran və Rusiyanın dəmiryolunun birləşdirilməsi iki ölkənin ticarətində təyinedici rolu oynaya bilər.

Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Nikolayeviç Tkaçev də Rusiyanın Fars körfəzində İran limanları vasitəsi ilə məhsulların tranziti üçün İran torpağından istifadənin olunmasına maraq göstərdiyini bildirərək əlavə edib: İki ölkə iqtisadi baxımdan eyni atmosferə malikdir.