İran, Türkmənistan və Qazaxıstan vahid tranzit taarifinə keçir
İran, Türkmənistan və Qazaxıstan vahid tranzit taarifinə keçidlə bağlı iclas keçirir.
İranın Dəmir Yolu Şirkətinin rəis müavini Hüseyn Aşuri deyib: İran, Türkmənistan və Qazaxıstan dəmir yolu şirkətlərinin rəisləri üçtərəfli iclasda Çin-İran dəmiryolu marşrutunda vahid tranzit taarifinin təyin edilməsi məsələsini araşdırırlar.
H.Aşuri əlavə edib: Bundan öncə, 2015-ci ildə əldə olunmuş üçtərəfli anlaşma əsasənda qeyd olunan marşrut ilə yüklərin daşınması vahid taarifə malikdir.
İran rəsmisi həmçinin deyib: "İncə Burun" dəmir yolu xəttinin istifadəyə verilməsiilə Türkimənistan və Qazaxıstan dəmir yolları şirkətlərinin rəisləri ilə davamlı olaraq iclaslar keçirilib. Bu iclaslarda məqsəd, bu dəmir yolu üçün vahid tranzit taarifinin təyin edilməsi olub. Və 2016-cı ildən bu dəmir yolu ilə yüklərin vahid taarif əsasında tranzit ediləcəyi gözlənilir.
Çinin şimal-qərbində yerləşən müsəlman sakinli Sin Cyanq məntəqəsindən hərəkət edən ilk 32 vaqonluq yük qatarı Qazaxıstan və Türkmənistandan keçdikdən sonra, 18 gün öncə İrana daxil olub.