Nəhavəndiyan: Sanksiyaların geri dönüşü yoxdur
İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian sanksiyaların geri dönüşünün olmadığını bildirib.
İRİB bildirir ki, Tehranda keçirilən 2-ci İran-Avropa ticarəv və bank əməkdaşlıqları konfransında investorlara və sərmayə sahiblərinə xitabən deyib: Şübhə etməyin. Müzakirələr çox uzun bir yol qət etmiş oldu və İran sanksiyalardan öncəki dövrün şəraitini qəbul etmək niyyətində deyil.
Nəhavəndian İranın öz istəyinə nail olduğunu bildirib və deyib: İran İslam Respublikası müzakirə tərəflərinə keçmişdə deyilənlərin yalan olduğunu sübut etdi və İran yenidən keçmişə qayıtmaq niyyətində deyil.
İran Prezident Administrasiyasının rəhbəri avropalı sərmayə sahiblərinə xitabən əlavə edib: Hətta, mümkün olmayan geri dönüş ehtimalını nəzərə alsaq belə, bağlanılan heç bir sərmayə qoyuluşu müqaviləsi sanksiyalara şamil edilməyəcək.