1-ci instansiya məhkəməsi Babək Zəncaniyə edam qərarı verib
https://azeri.sahartv.ir/news/İran-i210151-1_ci_instansiya_məhkəməsi_babək_zəncaniyə_edam_qərarı_verib
İranın Məhkəmə Hakimiyyətinin sözçüsü deyib: Neft korrupsiyası ilə əlaqədar işlə bağlı Babək Zəncaniyə edam qərarı verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2016 13:22 Asia/Baku
  • 1-ci instansiya məhkəməsi Babək Zəncaniyə edam qərarı verib
    1-ci instansiya məhkəməsi Babək Zəncaniyə edam qərarı verib

İranın Məhkəmə Hakimiyyətinin sözçüsü deyib: Neft korrupsiyası ilə əlaqədar işlə bağlı Babək Zəncaniyə edam qərarı verilib.

İRİB-in məlumatına görə, İranın Məhkəmə Hakimiyyətinin sözçüsü Qulamhüseyn Möhsüni Ejeyi bazar günü Tehranda mətbuat konfransında deyib: 1-ci instansiya məhkəməsində neft korrupsiyası işi ilə əlaqədar Babək Zəncani və daha iki nəfərə edam qərarı verilib.

Möhsüni Ejeyi deyib: 1-ci instansiya məhkəməsi neft korrupsiyası işində Babək Zəncanini əsas müttəhim olaraq müəyyənləşdirib.

İranın Məhkəmə Hakimiyyətinin sözçüsü deyib: Məhkəmə hakimi edam qərarından əlavə, müttəhimləri şikayətçilərin tələblərini qaytarmaq və çirkli pulların yuyulması üzrə dörddə bir nağd pul ödəməyə məhkum edib.