İran nəqliyyatın ən təhlükəsizlik keçidi
İranın yol və şəhərsalma naziri deyib: İran İslam Respublikası Avropadan Çinə, Hind okeanına və dünyanın digər yerlərinə müxtəlif quru, dəmiryol və hava keçidləri üçün ən təhlükəsiz və ən sürətli yoldur.
İRİB-in məlumatına görə, İranın yol və şəhərsalma naziri Abbas Axundi bazar günü Tehranda keçirilən İran və Avropanın II Ticarət və Bank Konfransında əlavə edib: Nəqliyyat baxımından İranın mövqeyi regionda yüksək əhəmiyyətə malikdir və şimal-cənub və şərq-qərb dəhlizlərinin əksəriyyəti İrandan keçməklə müəyyənləşmişdir.
Axundi həmçinin deyib: İranda 7100 kilometr hava keçidi açılıb. Bu yeni hava yolları regionda təhlükəsiz olmaqdan əlavə, məsafələri çox qısaldıb və hava yolları şirkətləri üçün sərfəlidir.
İranın yol və şəhərsalma naziri İranın yol şəbəkəsinin Asiya yol şəbəkəsinə və İranın dəmiryolunun beynəlxalq dəmiryolu şəbəkəsinə qoşulmasına toxunaraq deyib: Sanksiyalardan sonrakı şərait İranda investisiya yatırımı üçün münasib imkanı yaradıb.
İranın gəmilərinin yenilənməsi və infrastrukturlar sahəsinin ildə 15 milyard dollar investisiya potensialına malik olduğunu bildirən Axundi xatırladıb: Bu potensial infrastruktur sahəsində 8 trilyon dollar və gəmi sektorunda da 7 trilyon dollar investisiyaya şamil olur.
İranın yol və şəhərsalma naziri İslam Respublikasını regionda tarazlıq mərkəzi adlandırıb və deyib: İran ötən 2500 il ərzində region və dünyanın tarazlıq mərkəzi olmuş və hər zaman İranın regionun tarazlıq mərkəzindən süni şəkildə kənarlaşdırmaq üçün göstərilən səylər Fars körfəzində müharibə və de-stabilliklə nəticələnmişdir.
İran və Avropanın Ticarət və Bank 2-ci konfransı Almaniya, Fransa, İngiltərə, İtaliya, Polşa və Rusiyadan 60 qonağın iştirakı ilə şənbə günündən Tehranda işə başlayıb.