İran prezidenti: Region ölkələrinin ərazi bütövlüyü bizim vurğuladığımız prinsipdir
-
İran prezidenti: Region ölkələrinin ərazi bütövlüyü bizim vurğuladığımız prinsipdir
İran İslam Respublikası prezidenti Həsən Ruhani yerli və xarici mediaların mənsubları ilə keçirdiyi mətbuat konfransında deyib: İran bütün qonşu ölkələrə region ölkələrinin ərazi bütövlüyünü vurğuladığı prinsip olaraq elan etmişdir. İstər İraq, istər Suriya, istərsə də milli hakimiyyəti, ərazi bütövlüyü, təhlükəsizlik və stabilliyi əhəmiyyət kəsb edən regionun bütün ölkələri olmuş olsun.
Ruhani əlavə edib: İranın böyük xalqına elan edirəm ki, istehsal və ixracat üçün bizim valyuta nəqlimizin xərci təxminən 10% azalıb. İranın əziz xalqına elan edirəm ki, dəniz nəqliyyatının xərci də 25% azalmışdır.
Ruhaninin sözlərinə görə, İran neft ixracatında öz mövqeyini yenidən tapıb. Bizim haqqımız təkcə nüvə hüququ deyil, İran neft ixracatında da öz roluna qayıtmalı və quyuları aktivləşdirməlidir.
Ruhani bildirib: Qısa müddət ərzində 400 min barel əlavə olundu və gün-gündən bu rəqəm artmaqdadır. Lakin neft ixracatında öncəki mövqeyə qayıtmaq üçün bir neçə aya ehtiyac duyulur.
İran prezidenti əlavə edib: Əlavə əməkdaşlıq üçün mənim istəyim 2-ci anlaşması üçün hamının qətiyyətli qərarıdır. Biz qüvvələrin koordinasiyası ilə ölkənin inkişafı ardıncayıq.