Ruhani: Xalqın seçkilərdəki əzəmətli iştirakı, İranın ictimai sərmayəsini dünyaya nümayiş etdirmiş oldu
https://azeri.sahartv.ir/news/İran-i210490-ruhani_xalqın_seçkilərdəki_əzəmətli_iştirakı_İranın_ictimai_sərmayəsini_dünyaya_nümayiş_etdirmiş_oldu
İran İslam Respublikası prezidenti Həsən Ruhani xalqın seçkilərdə yüksək səviyyədə iştirak etməsini və seçkilərin sağlam və şəffaf atmosferə malik olmasını alqışlayaraq, deyib: Xalqın seçkilərdə agahcasına və yüksək səviyyədə iştirak etməsi ölkəmizin ictimai sərvəti və qüdrətini ortaya qoymuş oldu.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2016 07:21 Asia/Baku
  • Ruhani: Xalqın seçkilərdəki əzəmətli iştirakı, İranın ictimai sərmayəsini dünyaya nümayiş etdirmiş oldu
    Ruhani: Xalqın seçkilərdəki əzəmətli iştirakı, İranın ictimai sərmayəsini dünyaya nümayiş etdirmiş oldu

İran İslam Respublikası prezidenti Həsən Ruhani xalqın seçkilərdə yüksək səviyyədə iştirak etməsini və seçkilərin sağlam və şəffaf atmosferə malik olmasını alqışlayaraq, deyib: Xalqın seçkilərdə agahcasına və yüksək səviyyədə iştirak etməsi ölkəmizin ictimai sərvəti və qüdrətini ortaya qoymuş oldu.

İRİB-nin verdiyi məlumata görə, Həsən Ruhani çərşənbə axşamı Mədəni İnqilab Ali Şurasının iclasında ötən 37 ildə davamlı olaraq seçkilərin keçirilməsinə işarə edib və deyib: Regionun gərginlik və böhran burulğanında olduğu bir zamanda İranda keçirilən seçkilərin tam təhlükəsiz bir atmosferə malik olması İranın təhlükəsizlik qüvvələrinin nə dərəcədə bacarıqlı olduqlarını da nümayiş etdirmiş oldu.

H.Ruhani daha sonra Negəhban Şurasının üzvləri, Daxili İşlər Nazirliyinin əməkdaşları, seçkilərə nəzarət edən nümayəndələrə, icraedici orqanların əməkdaşlarına, nizam intizam qüvvələrinə həmçinin, müxtəlif siyasi və ictimai qruplara və media təmsilçilərinə də seçkilərin sağlam, demokratik, şəffaf və əzəmətli formada keçirilməsindəki rollarına görə təşəkkür edib.