Mart 11, 2016 13:34 Asia/Baku
  • İranın xarici işlər naziri Tailandın baş naziri ilə görüşüb
    İranın xarici işlər naziri Tailandın baş naziri ilə görüşüb

İranın xarici işlər naziri və Tailandın baş naziri iki ölkənin ikitərəfli, regional və beynəlxalq həmkarlıqların genişləndirilməsi üzrə əzmkarlığını bildiriblər.

IRIB-nin məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Tailandın baş naziri Prayut Chan-ocha Banqkokda iki ölkə həmkarlıqlarının turizm, əkinçilik, energetika, neft-kimya, dərman, investisiya, limanlar, elm və texnologiya daxil olmaqla müxtəlif iqtisadi və ticari sahələrdə genişləndilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Zərif asiyalı ölkələr və Tailandla əlaqələrin genişləndirilməsi üzrə İranın qətiyyətli siyasətini vurğulayaraq, iki ölkənin hazırkı etapdakı əməkdaşlıq prioritetini iş adamları və camaatın gediş-gəlişinin asanlaşdırılması, həmçinin iki ölkə arasında bank əməkdaşlıqları kanalının yaradılması adlandırıb.

Tailandın baş naziri də iki və çoxtərəfli həmkarlığın müxtəlif imkanlarını sadalayaraq, qarşılıqlı əlaqələrin bütün sahələrdə genişlənməsini alqışlayıb.

İranın xarici işlər naziri cənub-şərqi Asiya ölkələrinə səfərinin davamında Asiya Əməkdaşlıq Dialoqu Assambleyasının xarici işlər nazirlərinin on dördüncü iclasında iştirak etmək üçün çərşənbə günü gecə Tailandın paytaxtı Banqkoka daxil olub.

Teqlər