Ruhani: Dini mədəniyyət cəmiyyətin şadlığı ilə təzadda deyil
https://azeri.sahartv.ir/news/İran-i211195-ruhani_dini_mədəniyyət_cəmiyyətin_şadlığı_ilə_təzadda_deyil
İran İslam Respublikası prezidenti deyib ki, dini mədəniyyət cəmiyyətin şadlığı ilə təzadda deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2016 09:23 Asia/Baku
  • Ruhani: Dini mədəniyyət cəmiyyətin şadlığı ilə təzadda deyil
    Ruhani: Dini mədəniyyət cəmiyyətin şadlığı ilə təzadda deyil

İran İslam Respublikası prezidenti deyib ki, dini mədəniyyət cəmiyyətin şadlığı ilə təzadda deyil.

IRIB-nin məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani çərşənbə axşamı günü İran idmanının çempionları və medalçılarının mükafatlandırılmaları mərasimində idmanı bədən və ruhun ehtiyacı adlandırıb və belə əlavə edib: İslam mədəniyyətində də idman etmək tövsiyə olunub, necə ki, İmam Səccad(ə) öz dualarında Allah-Taaladan şadlıq, dirilik, həmçinin "acizlik və süstlükdən uzaq gəzmək" diləyir.

İran İslam Respublikası prezidenti sonra deyib: Bəziləri dini və dini mədəniyyəti necə dərk edirlər ki, elə zənn edirlər, bu mədəniyyət cəmiyyətin şadlığı ilə təzaddadır, halbuki dünya şiələrinin dördüncü imamı İmam Səccad(ə) Allah-Taaladan şadlığa malik olmasını diləyir.

İran İslam Respublikası prezidenti ümidvarlıq edib ki, İranın idmançıları və medalçıları gələn ildə olimpiya və paraolimpiya oyunlarında müvəffəq olacaq və xalqa keçmişdəkindən daha çox şadlıq və ümid gətirəcəklər.