Mart 15, 2016 18:07 Asia/Baku
  • 
İran-Vyetnam həmkarlıq yolları araşdırılıb
    İran-Vyetnam həmkarlıq yolları araşdırılıb

İran ilə Vyetnam arasında həmkarlıqların genişləndirilməsi yolları Tehranda iki ölkənin ticarət və investisiya fürsətləri konfransında araşdırılıb.

IRIB-nin məlumatına görə, İranın Ticarət, Sənaye, Mədən və Əkinçilik Otağının sədri Möhsün Cəlalpur deyib ki, İranın strateji siyasəti sanksiya dövründə olduğu kimi, Şərqə baxışdır.

Cəlalpur qarşılıqlı imkanlarla tanışlığın olmamasını İran ilə Vyetnam arasında həmkarlıqların genişləndirilməsi yolundakı ən əsas maneə adlandırıb və belə əlavə edib: Vyetnamın dünyanın beşinci iqtisadi qüdrəti kimi ASEAN-a üzvlüyü İranın beynəlxalq səhnələrdə iştirakı üçün şərait yarada bilər.

İranın Ticarət, Sənaye, Mədən və Əkinçilik Otağının sədri vurğulayıb: Vyetnam İran mallarının yenidən ixrac olunması imkanını yarada bilər və İran regionun 400 milyon nəfərlik əhalisi və bazarı ilə malik olduğu özəl mövqeyə görə, Vyetnam üçün yaxşı bir fürsətdir.

Vyetnam Ticarət Otağının sədri Vutin Luk da bu konfransda bildirib ki, 40-dan çox vyetnamlı şirkət iqtisadi həmkarlıqlar barədə öz iranlı həmkarları ilə müzakirə üçün Tehrana səfər edib. O, deyib ki, İran-Vyetnam ticarəti sanksiyaların təsiri altında ötən beş ildə azalma prosesinə malik olubdur.

Vutin Luk vurğulayıb: Sanksiyaların götürülməsilə İran və Vyetnam qarşısında bir çox fürsətlər durur ki, onlardan istifadə etməklə sürətlə mübadilələr həcmini ikiqat artıra bilərlər.

Teqlər