Tehran bazarındakı partlayış yaralılarına yardımlar göstərilir
Mart 16, 2016 19:35 Asia/Baku
-
Tehran bazarındakı partlayış yaralılarına yardımlar göstərilir
Tehran Şəhərinin Təcili Yardım Departamentinin sözçüsü deyib: Bazarda partlayış nəticəsində 12 nəfər yaralanıb. Onların vəziyyəti ağırdır.
Həsən Abbasi Fars Xəbər Agentliyinə verdiyi müsahibədə 15 Xordad prospektində bazarda baş verən partlayış barəsində deyib: 17:14 radələrində bazarda bir obyektdə qaz kapsulasının partlaması təcili yardım xidmətinə elan olunub.
O əlavə edib: İndiyə qədər bu hadisənin 12 yaralısının vəziyyəti ağırdır. 9 nəfər Sina xəstəxanası, 3 nəfər isə Loğman xəstəxanasına aparılıb.
Abbasi deyib: Ümumilikdə 21 təcili yardım maşını və bir təcili yardım avtobusu hadisə yerinə ezam olunmuşdur.