Ruhani: Novruzun mesajı, sülh, dinc yanaşı yaşama və yekdillikdir
https://azeri.sahartv.ir/news/İran-i211774-ruhani_novruzun_mesajı_sülh_dinc_yanaşı_yaşama_və_yekdillikdir
İran İslam Respublikasının prezidenti ayrı-ayrı müraciətlərdə 1395-ci günəş ilinin və səadətli novruz bayramının gəlib çatması münasibətilə Əfqanıstan, Tacikistan, Pakistan, Azərbaycan, Türkmənistan, Ermənistan, Türkiyə, Qazaxıstan və Özbəkistan başçılarını təbrik edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2016 16:44 Asia/Baku
  • Ruhani: Novruzun mesajı, sülh, dinc yanaşı yaşama və yekdillikdir
    Ruhani: Novruzun mesajı, sülh, dinc yanaşı yaşama və yekdillikdir

İran İslam Respublikasının prezidenti ayrı-ayrı müraciətlərdə 1395-ci günəş ilinin və səadətli novruz bayramının gəlib çatması münasibətilə Əfqanıstan, Tacikistan, Pakistan, Azərbaycan, Türkmənistan, Ermənistan, Türkiyə, Qazaxıstan və Özbəkistan başçılarını təbrik edib.

Höccətulislam vəlmuslimin Həsən Ruhaninin novruzu bayram edən regionun doqquz ölkəsinin başçılarına müraciətində deyilir: Novruz mərasimi bahar mötədilliyini qoruyan bir xalqın mərasimi, mədəniyyətlərin yarandığı məkan və bəşəriyyət tarixi boyunca yüksək bir mədəniyyətin yadigarıdır.

Novruz mötədillik bayramı, bizim müştərək tariximizin ən qədim yaşayan ənənəsidir; bu bayram elə bir bayramdır ki, ruzigarın qubarı və unutqanlıq tozu ona qonmur və onun mesajı, sülh, dinc yanaşı yaşama, yekdillikdir və novruz dostluq ağacının əkilməsi üçün ən yaxşı zamandır.

Ruhani əlavə edib: Novruz mərasimi elə bir mərasimdir ki, bu gün ölkələrimiz olduqca ona və ondan qaynaqlanan zəngin mədəniyyətə ehtiyaclıdırlar ki, İran ilə 5+1 ölkələri arasındakı tarixi nüvə razılaşmasına və sanksiyaların aradan qaldırılmasına əsasən, eləcə də novruz hövzəsi qonşuları arasında daha yaxşı və daha geniş əlaqələrin qurulması ümidi ilə, dostluq və barışıqdan əlavə, dinc yanaşı yaşamaq üçün yeni bir şərait yaratmış olsunlar.