Mart 20, 2016 16:21 Asia/Baku
  • Müqavimət iqtisadiyyatı, Ruhani dövlətinin iş istiqaməti
    Müqavimət iqtisadiyyatı, Ruhani dövlətinin iş istiqaməti

İran İslam Respublikası prezidenti İranda müqavimət iqtisadiyyatını öz dövlətinin proqramlarının istiqaməti adlandırıb.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü Tehranda xəstəxanada yatan müharibə əlilləri ilə görüşərək, onlarla səmimi və mənəvi bir atmosferdə söhbət edib.

Ruhani bu söhbət zamanı yeni ilin İslam İnqilabının Böyük Rəhbəri tərəfindən "Müqavimət iqtisadiyyatı, addım və əməl" ili adlandırılmasına işarə və dövlətin bu şüarın reallaşdırılması üzrə proqramını şərh edərək, deyib: Müqavimət iqtisadiyyatı dövlətin proqramlarının istiqamətidir.

O, əlavə edib: Dövlət və xalqın iqtisadi dəyişiklik üzrə qarşıdakı proqramları İslam İnqilabının Böyük Rəhbərinin müqavimət iqtisadiyyatında bəyan etdikləri siyasətlər çərçivəsindədir.

İran prezidenti həmçinin deyib: Müqavimət iqtisadiyyatı o mənadadır ki, İran öz iqtisadiyyatını daxili istehsal və fəaliyyət, eləcə də əmtəə mal ixracatı ilə elə müqavimətli etməlidir ki, əgər bir gün düşmən iqtisadi təzyiq niyyətinə düşmüş olarsa, nakam qalmış olsun.

Ruhani sonra belə qeyd edib: Ötən il neftin üzərinə minimum büdcə yükü düşmüşdü, belə ki, İranda investisiya üçün neft gəlirlərini istənilən miqdarda xərcləmək mümkün olsun; bununla, müqavimət iqtisadiyyatı əsasında ciddi addım atıldı.

İran prezidenti deyib ki, ötən il ilk dəfə olaraq, İranda qeyri-neft ixracatı qeyri-nefti idxalatını üstələdi və İranda xarici investisiyaların cəzbi üzrə səylər təmərküzləşmişdi.

Teqlər