Tehranın cümə namazı xütbələri
Tehranın cümə namazı xitabətçisi bütün ölkələrlə əlaqələrin genişlənməsini İran İslam Respublikasının prioritetlərindən adlandırıb.
Höccətulislam vəlmuslimin Kazim Seddiqi Tehranın cümə namazı xütbələrində İran İslam Respublikasının bütün ölkələrlə əlaqələri genişləndirmək ardınca olduğunu bildirərək, əlavə edib: İslam İnqilabının zəfər çalmasından sonra İran xalqı sionist rejim çıxılmaq şərti ilə daim bütün dünya ölkələri ilə səmərəli əlaqələrə malik olmaq istəyib. Eyni zamanda İslam İnqilabının zəfər çalmasından sonrakı əzəmətli dövrdə amerikalıların özləri heç vaxt İranla düşmənçilikdən əl çəkmədilər.
Tehranın cümə namazı xitabətçisi bildirib ki, dünya qüdrətləri, xüsusən qərblilər İranın müstəqil hərəkətinə tab gətirmirlər. O, vurğulayıb ki, onlar İranı mühüm məsələlərdə məhdudlaşdırmaq və yalnız özlərinin inkişaf etmələrini istəyirlər.
Höccətulislam vəlmuslimin Seddiqi iqtisadi sanksiyaların düşmənlərin İrana təzyiq üzrə yollarından biri olduğunu bildirib. O, deyib: İran İslam Respublikası iqtisadi bölmələrdə yeni inqilab yaratmalıdır və İranın dövləti və xalqı bu hədəfin reallaşması üçün həmkarlıq etməlidirlər.
Tehranın cümə namazı xitabətçisi sonra deyib: İqtisadi müharibədə də İranın siyasətləri bütün sahələrdə, o sıradan mədəniyyət, təhsil və xidmət sahələrində "müqavimət iqtisadiyyatı" siyasətinin təsiri altında olmalıdır.
Höccətulislam vəlmuslimin Seddiqi düşmənlərin hər cür hədəsi ilə mübarizə üçün İran İslam Respublikasının silahlı qüvvələrinin qüdrətinin artırılması vacibliyini vurğulayaraq, deyib: Silahlı qüvvələr daha da qüdrətlənmə istiqamətində səy göstərməlidir və onun müdafiə imkanları o qədər güclü olmalıdır ki, düşmən İrana hücum cürətinə malik olmasın.
Tehranın cümə namazı xitabətçisi həmçinin 12 fərvərdin- İran İslam Respublikası gününün ildönümünə işarə edərək, söyləyib: Bu gündə "İslam Respublikası Quruluşu"na doxsan səkkiz faizdən yuxarı səs ilə İran xalqının tarix boyu misilsiz iştirakı baş verdi.