İranın raket qüvvəsinin gücləndirilməsi siyasəti dəyişilməzdir
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri deyib: Obamanın İranın raket qüdrətinin azalması barəsindəki yuxusu çin olmayacaq.
Əlaəddin Brucerdi İRİB-ə verdiyi eksklüziv müsahibədə ABŞ prezidentinin nüvə anlaşmasının icrasının İslam Respublikasının raket qüdrətini azaltması və müqavimətə dəstəkdən əl çəkməsi ilə şərtləndirməsi barəsindəki son açıqlamasına münasibət bildirib: İran İslam Respublikası ABŞ-ın təhriki ilə baş verən 8 il dəhşətli müharibədə trilyon dollar maddi xəsarət gördü və mənəvi xəsarətini isə hesablamaq mümkün deyil.
Brucerdi deyib: İran atom bombasını düzəltməməyə öhdəliklidir və kimyəvi və bakterial kütləvi qırğın silahlarına qəti şəkildə qarşıdır. Halbuki Amerikanın silahları bütün beynəlxalq qaydalara ziddir və Amerika bu silahlarını artırır.
İran İslam Şurası Məclisinin nümayəndəsi ərazi bütövlüyünün müdafiəsi və düşmənlə mübarizənin yeganə yolunun raket qüdrəti olduğunu bəyan edərək bildirib: İranın raket qüdrətinin gücləndirilməsi siyasəti sabit və dəyişilməz siyasətdir və bu siyasətlər bütün dövlətlərdə dəyişilməzdir.
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri əlavə edib: İran İslam Respublikasında qanunvericilik orqanı raket qüdrətinin gücləndirilməsi siyasətini dəstəkləyir.