Silahlı Qüvvələrin Ali Baş Komandanının silahlı qüvvələrlə görüşdə bəyanatı
İran İslam Respublikası Silahı Qüvvələrinin Ali Baş Komandanı İranın silahlı qüvvələrinin mənəvi-dini stimulları və əməliyyat qüdrətinin gücləndirilməsi vacibliyini vurğulayıblar.
Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullahuluzma Xamenei bazar günü İran İslam Respublikası Silahı Qüvvələrinin baş komandanları ilə görüşdə deyiblər: İran İslam Respublikası Quruluşunda silahlı qüvvələrin əsas vəzifəsi, milli təhlükəsizlik sərhədlərinin müdafiəsidir, buna görə, bu qüvvələrin mənəvi stimulları və əməliyyat qüdrəti günbəgün gücləndirilməlidir.
O həzrət İranın silahlı qüvvələrinin kollektiv mahiyyətinin ən mühüm göstəricisini eyni zamanda "mənəvi-dini istiqamətlənmə və stimullar", həmçinin "əməliyyat və hərbi qüdrət"ə malikolma adlandırıb və belə əlavə ediblər: Silahlı qüvvələr xas bir şəxs və ya xas bir partiya və cinah üçün deyillər. Bu qüvvələr bütün xalq və ölkəyə aid olaraq, milli və ümumi təhlükəsizliyin müdafiəçisi və xalqın əmin-aman hasarı olmalıdırlar.
İslam İnqialbının Böyük Rəhbəri əksər dünya ölkələrində iki xas mahiyyətə malik silahlı qüvvələrdən iki qrupun mövcud olmasına toxunaraq, deyiblər: Bəzi ölkələrdə ordu, heç bir əməliyyat qüdrətinə malik olmayan mərasim, dekorativ və vitrin hərbi qüvvələrdir və yalnız hökmranların təhlükəsilzliyi və hökumətin qorunması üçündür.
Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Bu cür ordulardan bizim regionumuzda mövcuddur və onların bəziləri bir ildən çoxdur ki, var gücləri ilə Yəmənə hücum edib və bu ölkə xalqını öz hücumlarına məruz qoyublar, amma heç bir iş görə bilməyiblər.
İslam İnqialbının Böyük Rəhbəri belə qeyd ediblər: Bəzi digər ordular da zahirdə yüksək əməliyyat və hərbi qüdrətə malikdirlər, amma əməliyyat meydanında onların iş gündəmində yalnız rəhimsizlik, məntiqsizlik və sırf militarizm durur ki, Amerika ordusunun İraq və Əfqanıstandakı fəaliyyətləri onun bariz nümunəsidir və bu kimi silahlı qüvvələr əməliyyat meydanında uğursuz qalarkən Blak Vater kimi peşəkar cinayətkar qüvvələrdən istifadədən çəkinmirlər.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İranın silahlı qüvvələrini həm mənəvi stimullara, həm də kəsərliliyə malik dünyanın yeganə silahlı qüvvələri kimi təqdim edərək, belə əlavə ediblər: Bu qüvvələr siyasi istiqlaliyyətə malik olan bir ölkədə fəaliyyət göstərirlər.
Silahlı Qüvvələrin Ali Baş Komandanı vurğulayıblar: İran İslam Respublikasında hərbçilik nə bir mərasim və dekorativ yer, nə də ki, cəhətsiz, mülahizəsiz, məntiqsiz və qarşısı alınmayan bir əməliyyatdır.