Tehranın cümə namazı xütbələri
Tehranın cümə namazı xətibi deyib: İran İslam Respublikası ABŞ-ın "təslim və ya təhdid" ilə bağlı şərtlərini heç vaxt qəbul etməyəcək.
Tehranın müvəqqəti imam cüməsi Ayətullah Əhməd Cənnəti deyib: Qərb qüdrətləri bilməlidirlər ki, İran xalqı heç vaxt onların "təslim olmazsanız təhdidlər davam edəcək" kimi şərtini qəbul etməyəcək.
Ayətullah Cənnəti bu gün Tehranın cümə namazı xütbələrində İranın inqilabçı xalqının istənilən şəraitdə hegemonçuların tamahkarlıqları və zorakılıqları qarşısında müqavimət göstərəcəyinə işarə edib və deyib: İran İslam Respublikası quruluşu demokratik bir quruluşdur və fevral ayında İslam Şurası və Rəhbərlik Xübrəqanı məclislərinə keçirilən seçkilər bu faktı sübut etmiş oldu.
Tehranın müvəqqəti imam cüməsi ABŞ-ın təhdidləri və sanksiyaları qarşısında yeganə müqavimət yolunu iqtisadi inkişaf və hərbi qüdrətin artırılması adlandırıb və deyib: İnqilab Rəhbəri tərəfindən cari il üçün təyin edilmiş "Müqavimət İqtisadiyyatı; Təşəbbüs və Əməl" şüarının icrası üçün dəqiq proqramlar hazırlanmalıdır.
Ayətullah Cənnəti əlavə edib: İnkişaf etmiş və güclü bir iqtisadiyyata nail olmaq üçün lazım olan bacarıqlı işçi qüvvəsi və zəntin enerji resursları baxımından İran yüksək potensiallara malikdir və bundan ən yaxşı formada istifadə edilməlidir.
Tehranın müvəqqəti imam cüməsi bəzi ölkələrin neftin qiymətinin ucuz saxlanılması üzrə fitnəsinə işarə edib və deyib: Onların yeganə hədəfi İslam Respublikasına təzyiq göstərmək və İran xalqının inkişafına mane olmaqdır. Amma, onlar bilsin ki, İran xalqı ötən 37 ildə İslam İnqilabının ideyalarına sadiq qalıb və bundan sonra da var gücü ilə təzyiqlər qarşısındamüqavimət göstərəcək.
Ayətullah Cənnəti daha sonra bəzi region ölkələrində gərginliyin davam etməsində nigaranlıq edib və deyib: Ümidvaram düşmənlərin müsəlmanlar əleyhinə bütün fitnələri zərərsizləşdirilsin və region ölkələrindəki qan axıtmalara son qoyulsun.