Apr 17, 2016 19:02 Asia/Baku
  • Hindistanlı investorlar Araz Azad Zonasında avtomobilqayırmada maraqlıdırlar
    Hindistanlı investorlar Araz Azad Zonasında avtomobilqayırmada maraqlıdırlar

Hindistanın avtomobilqayırma sənayesinin investorları İranın şimal-qərbində Araz Azad Zonasında investisiya yatırmağa hazır olduqlarını bildiriblər.

İRNA-nın məlumatına görə, Hindistanın TATA Sənaye Şirkətlər Qrupunun nümayəndələri Araz Azad Ticarət Zonası Təşkilatının icraçı direktoru və rəyasət heyətinin rəhbəri Möhsün Xadim Ərəbbaği ilə görüşdə bildiriblər: Mümkün ən qısa zamanda Arazda avtomobil istehsalı üzrə investisiya üçün öz iqtisadi və texniki araşdırmalarına başlayacaqlar.

Araz Azad Ticarət Zonası Təşkilatının icraçı direktoru bu zonanın xarici investorlara xüsusi imtiyazlar verməyə hazır olduğunu bəyan edərək bildirib: Bu təşkilat bütün infrastruktur və imkanları təmin etməkdən əlavə, ehtiyac duyulan ərazini hindistanlı investorların ixtiyarına verəcəkdir.

Bu gün İran İslam Respublikası və Hindistan xarici işlər nazirləri ikitərəfli, regional və beynəlxalq əlaqələrin genişləndirilməsi strategiyası və son prosesləri araşdırıblar.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü Hindistan xarici işlər naziri Suşma Şvaracla görüşdə İran və Hindistanın enerji, ticarət, bank, müştərək investisiyalar, xüsusilə də Çabəhar limanının genişləndirilməsi layihəsi üzrə sahələrdə müştərək əməkdaşlıqlara malik olduğunu qeyd edərək deyib: Çabəhar layihəsi Mərkəzi Asiya, MDB və Çin üzrə dəmiryolu, yol və tranzit yollarının gücləndirilməsində çox təsirli layihədir.

Hindistan xarici işlər naziri Suşma Şvarac da bu görüşdə Hindistan neft nazirinin İrana son uğurlu səfərinə toxunaraq deyib: Bu səfər qarşılıqlı məsələlərin həlli, enerji sektorunda yeni potensialların müəyyənləşdirilməsi, neft-kimya və qaz sektorunda müştərək investisiya çərçivəsində yaxşı nəticələrə səbəb oldu.

Teqlər