Rəhmani-Fəzli narkomaddələrlə mübarizədə İranın böyük xərclər çəkdiyini vurğulayıb
İranın daxili işlər naziri deyib: İran narkotik maddələr istehsalı və ixracatının mənşəyi olan bir ölkənin qonşusu olduğuna görə, indiyədək ən çox xərclər çəkibdir.
IRNA-nın məlumatına görə, Əbdürreza Rəhmani-Fəzli bazar ertəsi günü Nyu-Yorkda BMT baş katibinin müavini və cinayətlər və narkomaddələrlə mübarizə komitəsinin icra müdiri Yuri Fedotov ilə görüşdən sonra narkotik maddələrin insani və beynəlxalq bir məsələ olmasına toxunaraq vurğulayıb ki, onun həlli də beynəlxalq iştirak və səy tələb edir.
Rəhmani-Fəzli bildirib ki, İran daim narkotik maddələrlə mübarizə sahəsində təsirli ölkələrdən biri olub və dünyanın xüsusi diqqət mərkəzində durur.
O, deyib: Bu görüşdə BMT baş katibinin müavini İranın narkotik maddələrlə mübarizə səylərini vurğulayıb və indiyədək narkotik maddələr qaçaqmalçılığı ilə bağlı kəşfiyyatların qırx faizini həyata keçirdiyi üçün İrana təşəkkür edibdir.
İranın daxili işlər naziri sonra BMT-nin keçmişdə bu sahədə İrana imkan və kömək barədə vədlər verdiyini bildirərək, deyib: Bu anadək hələ bu vədlərə əməl olunmayıbdır. O, söyləyib: Eyni zamanda İranın maliyyə yardımına ehtiyacı yoxdur və narkomaddələrlə mübarizə üsulu ilə bağlı təchizatların təmin edilməsini istəyir.
İranın daxili işlər naziri BMT Baş Assambleyasının narkotik maddələr məsələsi və onunla mübarizə yolları haqdakı üçgünlük iclasında iştirak etmək üçün bazar ertəsi günü Nyu-Yorka daxil olub.