İran və Rusiyanın nüvə həmkarlıqları davam edəcək
https://azeri.sahartv.ir/news/İran-i215902-İran_və_rusiyanın_nüvə_həmkarlıqları_davam_edəcək
İran İslam Şurası Məclisinin sədri İran və Rusiyanın nüvə həmkarlıqlarının davam edəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2016 04:14 Asia/Baku
  • İran və Rusiyanın nüvə həmkarlıqları davam edəcək
    İran və Rusiyanın nüvə həmkarlıqları davam edəcək

İran İslam Şurası Məclisinin sədri İran və Rusiyanın nüvə həmkarlıqlarının davam edəcəyini bildirib.

IRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani TASS xəbər agentliyi ilə müsahibədə deyib: İran RusAtom şirkəti ilə həmkarlığı faydalı bilir və onunla həmkarlığı davam etdirəcək.

İran İslam Şurası Məclisinin sədri sonra deyib: İranın Atom Enerjisi Təşkilatını RusAtom şirkəti ilə müzakirələri uğurlu olub və iki tərəf bir neçə atom elektrik stansiyasının inşası üzrə uzunmüddətli həmkarlıqlar proqramını hazırlayıb və bu barədə razılığa gəlib.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani həmçinin deyib: İran və Rusiya atom elektrik stansiyasının iki blokunun inşası haqda razılaşıblar və iranlı tərəf bu layihənin icrasına hazırdır.

İran İslam Şurası Məclisinin sədri Buşehr Atom elektrik stansiyası barədə isə belə deyib: Bu atom elektrik stansiyasının inşası uzun bir tarixə malikdir ki, öncə bir alman şirkət başladı və rus ekspertlər uğurla onu təkmilləşdirdilər.

İran İslam Şurası Məclisinin sədri Rusiyanın S-300 raket sisteminin İrana təhvili barədə də deyib: Bu hava hücumundan müdafiə sistemlərinin təhvili regionun təhlükəsizlik durumuna müsbət təsir göstərəcəkdir.

Laricani Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin dəvəti ilə həyata keçən Moskvaya ikigünlük səfərində 19 Avrasiya ölkəsinin parlament sədrlərinin iclasında iştirak etdi və bu iclasın kənarında Rusiya, Cənubi Koreya, Pakistan, Azərbaycan Respublikası, Tacikistan, Qazaxıstan və Əfqanıstanın parlament sədrləri ilə görüşərək, onlarla müzakirələr aparıb.