Əfqanıstan İranın narkotiklə mübarizəsini alqışladı
Əfqanıstan və İran iki sərhəd vilayətindən birində əvəzedici məişət sınağı layihəsini icra olunması üzrə razılığa gəliblər.
AVA İnformasiya Agentliyinin məlumatına görə, İranın daxili işlər naziri və Əfqanıstanın narkotik maddələrlə mübarizə naziri Nyu-Yorkda BMT qərargahında bir araya gəliblər. Tərəflər BMT-nin Narkotik Maddələr və Cinayətlə Mübarizə İdarəsi və beynəlxalq ictimaiyyətin əməkdaşlığı ilə bu sınaq layihəsini icra etmək üzrə razılığa gəliblər.
İran daxili işlər naziri Rəhmani Fəzli bu görüşdə narkotik maddələri qaçaqçıları, qaçaqçıların gediş-gəliş etdiyi yollar, maddələrin nəqli, şəbəkə başçıları və qaçaqçılarla əlaqədar informasiyaların Əfqanıstanın aidiyyəti orqanları tərəfindən iranlı həmkarlarına verilməsini vurğulayıb.
Əfqanıstanın narkotik maddələrlə mübarizə naziri xanım Əzimi də İran İslam Respublikasının atdığı addımlar və bu ölkənin BMT iclasındakı müsbət mövqeyini alqışlayaraq müxtəlif sahələrdə, o cümlədən müalicənin aparılması, xəsarətin azaldılması və narkomanların müalicə metodunun Əfqanıstan həkimlərinə öyrədilməsi, narkomanlar üçün xüsusi dərmanların təmin olunması üzrə İran İslam Respublikası ilə təcrübə mübadiləsini istəyib. İran tərəfi bu istəyə müsbət cavab verib.