Dehqan Moskvada Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış etdi
https://azeri.sahartv.ir/news/İran-i216478-dehqan_moskvada_beynəlxalq_təhlükəsizlik_konfransında_çıxış_etdi
İran İslam Respublikasının müdafiə naziri bəzi regional və regiondan kənar dövlətlərin terrorizmi dəstəkləməsini təəssüfləndirici adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2016 12:27 Asia/Baku
  • Dehqan Moskvada Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış etdi
    Dehqan Moskvada Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış etdi

İran İslam Respublikasının müdafiə naziri bəzi regional və regiondan kənar dövlətlərin terrorizmi dəstəkləməsini təəssüfləndirici adlandırıb.

İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında deyib: Bu gün terrorizm de-stabilliyin genişlənməsi, böhranın yaradılması, daxili və xarici problemlərin yaradılması ilə Suriya, İraq, Əfqanıstan, Liviya, Yəmən, Şimali Afrika, hətta bəzi Avropa ölkələri anti-bəşəri və anti-insani cinayətlərin at oynatdığı mərkəzlərə çevrilmişdir.

General Dehqan əlavə edib: Belə şəraitdə region və regiondan kənar səviyyədə bəzi dövlətlərin terrorçuları təlim, maliyyə, lojistik, hərbi və siyasi cəhətdən dəstəkləmələri təəssüfləndiricidir.

İranın müdafiə naziri xatırladıb: Bu gün dünyanın bütün bölgələri, ABŞ, İsrail, bəzi region ölkələri, onların başında Ərəbistanın dəstəklədiyi terror cərəyanlarının yaratdığı de-stabillik və qorxu ilə üzləşib.

General Dehqan deyib: Terror qruplaşmalarını yaradan və dəstəkləyən ölkələrdən ibarət vizual koalisiyalar terrorçularla ciddi mübarizəyə maraq göstərmir, üstəlik aldadıcı şüarlar, humanitar yardımlar, atəşkəs, yorucu siyasi müzakirələrə dəvət adı altında, yenidən təşkilatlandırmaq, əlavə təchiz etmək, zərbə almış və zərərçəkmiş silahlıların əhval-ruhiyyəsini yüksəltmək ardıncadırlar.

İranın müdafiə naziri deyib: İran böyük ictimai dəstəyə malik olmaqla, tədqiqatçılardan faydalanmaqla, böyük sənaye, müdafiə sənayesi infrastrukturlarından yararlanmaqla, öz milli mənafeyi və məqsədlərini təmin etmək üçün öz silahlı qüvvələrini ən yüksək səviyyədə silahlandırmağı davam etdirəcək və bu istiqamətdə, heç bir iradə və yaxud məhdudiyyət İranın müdafiə qüdrəti, xüsusilə də raket potensialının yüksəlməsinə mane ola bilməz.