Apr 28, 2016 09:14 Asia/Baku
  • General Dehqan
    General Dehqan

İranın müdafiə naziri deyib ki, İran İslam Respublikasının təkfirçi terrorizmdən irəli gələn əmin-amansızlıq və səbatsızlıq yaradan şəraitlə mübarizədəki müdafiə siyasəti təhlükəsizliyin yaradılmasına söykənir.

General Dehqan Moskva 2016 beynəlxalq təhlükəsizlik konfransında əlavə edib: Bugünkü yüyənsiz terrorizm daxili və xarici miqyaslarda problemin meydana gəlməsinə şəraitin yaradılması, böhranın törədilməsi və uzadılması, səbatsızlığın artırılması və əmin-amansızlığın yayılması üzərində təmərküzləşib və Suriya, İraq, Əfqanıstan, Liviya, Yəmən, Afrikanın şimalındakı ölkələr və hətta bəzi Avropa ölkələrini özlərinin insanlığa zidd cinayətlərinin arenasına çeviriblər və təəssüfləndirici hal budur ki, region və regionaşırı səviyyələrdə olan bəzi dövlətlər təlim, maliyyə, logistik, hərbi və siyasi miqyaslarda hərtərəfli himayələrini həyata keçirirlər.

Teqlər