May 02, 2016 13:58 Asia/Baku
  • İran və Cənubi Koreya prezidentnləri
    İran və Cənubi Koreya prezidentnləri

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Sədabad Saray Kompleksində Cənubi Koryea prezidenti xanım Pakr Quin Hey ilə birgə mətbuat konfransında deyib: Bizim istəyimiz dünyanın kütləvi qırğın silahlarından xüsusi ilə də Koreya Yarımadası və Yaxın Şərqin nüvə silahları başda olmaqla dağıdıcı silahlardan təmizlənməsidir.

İran prezidenti əlavə edib: Cənubi Koreya prezidentinin Tehrana səfərində çox mühüm anlaşmalar əldə edildi. İran və Cənubi Koreya arasındakı ticarət əlaqələrinin strateji əhəmiyyətli iqtisadi əlaqələrə çevrilməsi bu anlaşmalardan biri idi.

H.Ruhani Cənubi Koreya şirkətlərinin irana modern texnologiyalar gətirəcəklərinə də işarə edib və deyib: Bu böyük dəyişikliyə nail olmaq üçün Cənubi Koreya şirkətlərinin İranda geniş fəaliyyət göstərəcək və iri sərmayələr qoyacaqlar. Bununla da modern texnologiyaları özləri ilə İrana gətirmiş olacaqlar.

İran prezidenti daha sonra iki ölkə arasında bank əməkdaşlıqlarının genişləndirilməsinə də toxunub: İki ölkə arasında iqtisadi əməkdaşlıqların aktivləşdirilməsi üçün mərkəzi və digər banklar arasında bank əməkdaşlıqları, maliyyə işləri və pul köçürmələri üzrə əməkdaşlıqlar da aktivləşdirilməlidir. Və bu barədə Cənubi Koreya prezidentinin İrana olan səfərində lazımi qərarlar qəbul edilib.

Teqlər