Ruhani: Regiondakı terrorlar və müharibələrə görə İsrail məsuliyyət daşıyır
https://azeri.sahartv.ir/news/İran-i217225-ruhani_regiondakı_terrorlar_və_müharibələrə_görə_İsrail_məsuliyyət_daşıyır
İran İslam Respublikası prezidenti: Regiondakı gərginliklər, terrorlar və müharibələrin bir çoxunun kökü Qüdsü işğal etmiş rejimdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2016 12:58 Asia/Baku
  • Həsən Ruhani
    Həsən Ruhani

İran İslam Respublikası prezidenti: Regiondakı gərginliklər, terrorlar və müharibələrin bir çoxunun kökü Qüdsü işğal etmiş rejimdir.

İRNA-nın məlumatına görə, Həsən Ruhani cümə axşamı quruluş rəsmiləri, islam ölkələri səfirləri və şəhid ailələri ilə İnqilab Rəhbəri arasında baş tutan görüşdə sionist rejimin regionda davam edən 70 illik terror və işğalçılıq siyasətinə işarə edərək, deyib: Amerikalılar və sionistlər region ölkələri o cümlədən İraq və Suriyadakı gərginliklərə görə məsuliyyət daşıyırlar.

Ruhani bu gün dünyada terrorizm və anti-islam zorakılıqlarla bağlı səsləndirilən ittihamlara işarə edərək, deyib: Bir tərəfdən qərbdə İslam ilə düşmən olan tərəflər əsrlərdir ki, İslam əleyhinə təbliğat aparırlar. Digər tərəfdən isə, nadan dostlar və ya asılı muzdlular qayçının iki tiyəsi kimi İslamın heysiyyətinə qarşı təhlükə yaradırlar.

İran prezidenti İslam Quruluşunun yekun məqsədini bütün dünyada sülh və təhlükəsizliyin bərqərar edilməsi adlandırıb və deyib: İran Yəmən xalqının özünü Məkkə və Mədinənin xidmətkarı adlandıran bir ölkə tərəfindən qırğın edilməsi qarşısında sakit qalmayacaq.