May 08, 2016 09:27 Asia/Baku
  • Əmir Abdullahiyan terrorçuların Suriyadakı cinayətlərini qınadı
    Əmir Abdullahiyan terrorçuların Suriyadakı cinayətlərini qınadı

İran xarici işlər nazirinin müavini terrorçuların Suriyanın şimalında, Xan Tuman məntəqəsini işğal etmələrini qınayaraq, deyib: Rusiya rəsmiləri ilə son müzakirələrdə Tehran və Moskvanın diqqət mərkəzində duran mövzulardan biri atəşkəsin pozulmasına səbəb olan amillər idi.

İRİB-nin verdiyi məlumata görə, Əmir Abdullahiyan şənbə günü axşam deyib: Terrorçular və yanlış olaraq müxalifət adlandırılan məsuliyyətsiz silahlı qruplaşmaların Suriyada elan olunmuş atəşkəsdən sui-istifadə etmələri bir daha sübut edir ki, bu qruplaşmalar xarici himayədarlarının dəstəyi ilə Suriyada hərbi qarşıdurmanın davam etməsini istəyirlər və böhranın siyasi yolla həll edilməsində maraqlı deyillər.

İran xarici işlər nazirinin müavini əlavə edib: Biz, Suriya böhranı üçün yalnız siyasi həll yolunun olduğuna inanırıq və terrorçular, silahlı qruplaşmalar isə dünya ictimaiyyəti tərəfindən qınanmalıdırlar ki, siyasi həll yoluna fürsət yaransın.

Teqlər