May 09, 2016 16:45 Asia/Baku
  • Məsumə Ebtekar
    Məsumə Ebtekar

İranın Ekologiya və Ətraf Mühiti Mühafizə Təşkilatının sədri Məsumə Ebtekar İran və Yaponiya ilk müştərək seminarında İran və Yaponiyanın Urmiyə gölünün bərpası layihəsinin icrasında əməkdaşlığından xəbər verərək deyib: İran və Yaponiya Urmiyə gölünün ətrafında kənd qadınlarının təlimi üzrə proqramda əməkdaşlıq edirlər.

O əlavə edib: Bu anlaşmaya əsasən, kənd qadınları bir potensialın yüksəldilməsi üzrə təlim proqramı ilə davamlı kənd təsərrüfatında əsaslı rolu oynayacaqlar.

Ebtekarın sözlərinə görə, bu proqram Yaponiyanın Kənd Təsərrüfatı Nazirliyi, Ətraf Mühitin Mühafizəsi Təşkilatının əməkdaşlığı ilə iqlim dəyişikliyinə əsaslanan işlərin icrası məqsədilə həyata keçirilir.

İranın Ekologiya və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri bildirib: Bu proqramda kənd qadınları öz fondlarını təşkil etməklə, alternativ məşğuliyyət və kənd təsərrüfatı sahəsində potensialın yüksəldilməsi təlimində iştirak etməklə Urmiyə gölünün bərpası və canlandırılmasında təsirli rolu oynayacaqlar.

Ebtekar əlavə edib: Dünyanın Davamlı İnkişafı Proqramının məqsədləri təsdiqləndikdən sonra bu proqramın 5-ci məqsədi qadınlara xüsusi diqqətin ayrılmasıdır.

Urmiyə gölünün vəziyyətinin yaxşılaşdığını deyən Ebtekar bildirib: Bu gölün su səviyyəsi ötən ilin oxşar vəziyyəti ilə müqayisədə 40 santimetr yüksəlib və əhatəsi də 5 qat artıb.

İran rəsmisinin sözlərinə görə, İranın şimal-qərbindəki yağıntıların yaxşı olması və Urmiyə gölünün su haqqının təmin olunması sahəsində hökumətin uğurlu səyləri ilə gölə bitişən su yollarının təmizlənməsi, əkin formatının islah olunması, kənd təsərrüfatında suvarma metodlarının dəyişilməsi ilə Urmiyə gölündə vəziyyətin daha da yaxşılaşmasının şahidi olacağıq.

Teqlər