May 11, 2016 12:13 Asia/Baku
  • İran və Cənubi Koreya iqtisadi əlaqələri genişlənir
    İran və Cənubi Koreya iqtisadi əlaqələri genişlənir

Cənubi Koreya Prezident Administrasiyasının iqtisadi məsələlər üzrə baş katibi İran ilə iqtisadi əlaqələrin ikinci çiçəklənmə dövrünün başlandığını bildirib.

İRNA-nın verdiyi məlumata görə, An Çunq Bun çərşənbə günü deyib: Cənubi Koreya prezidenti xanım Park Quin Heyin İrana səfəri zamanı iki tərəf ticarət əlaqələrinin həcminin 18 milyard dollara qədər artırılması barədə razılığa gəliblər və İranda iqtisadi inkişafın 5%-5.5% olmasını nəzərə alaraq, ticarət əlaqələrində yeni dövr başlanmış olacaq.

YUNHAP xəbər agentliyinin Cənubi Koreyadan verdiyi məlumata görə, xanım Park Quin Hey şəxsən İrana səfərini son dərəcə mühüm adlandırıb və müxtəlif mərasimlərdə xüsusi ilə də çərşənbə axşamı Seuldə təşkil edilən nazirlər kabinetinin iclasında bir daha bu məsələyə təkid edildi.

Xatırladaq ki, Cənubi Koreya prezidenti Park Quin Hey may ayının əvvəlində İran prezidenti cənab Həsən Ruhaninin dəvəti ilə İrana 3 günlük səfər etmişdi. Bu səfər zamanı Cənubi Koreya prezidentini 236 nəfərlik heyət müşayiət edirdi.

Teqlər