İran və Rusiya Suriyada terrorizmlə mübarizəni dəstəkləyirlər
May 19, 2016 10:37 Asia/Baku
-
Sergey Lavrov
Rusiya xarici işlər naziri Tehran və Moskvanı Suriyada terrorizmlə mübarizənin hamisi adlandırıb.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Avstriya paytaxtı Vyanada Suriyaya Dəstək Beynəlxalq Qrupunun iclasının nəticələri barəsində keçirdiyi mətbuat konfransında deyib: İran və Rusiya terrorizmlə mübarizəni dəstəkləyirlər və bütün zəifliklərə baxmayaraq, Suriyadakı quru əməliyyatlarda Suriya ordusundan başqa ordu iştirak etmir.
Suriya böhranını aradan qaldırmaq üçün müştərək səyin zəruri olduğunu bəyan edən Lavrov deyib: Beynəlxalq qrup suriyalı tərəflər arasında ixtilafların həlli üçün tezliklə iclaslar keçirəcək.
Teqlər