İran və Çeçenistan arasında ikitərəfli əlaqələrin inkişafına təkid edildi
-
Rza Seyfullahi
İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini ilə Çeçenistan prezidenti ikitərəfli əlaqələrin inkişafına təkid ediblər.
Yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin 7-ci iclasında iştirak etmək üçün Çeçenistana səfər edən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Rza Seyfullahi Çeçenistan Respublikası prezidenti Ramazan Kadirov ilə görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsini müsbət qarşılayıb.
Seyfullahi Çeçenistanda sabitlik və təhlükəsizliyin bərqərar edilməsi, bu respublikanın sürətlə inkişaf etməsi və abadlaşmasını da yüksək qiymətləndirib və İran ilə Çeçenistan arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsini hər iki tərəf üçün faydalı adlandırıb.
R.Seyfullahi Çeçenistan prezidentinin bu respublikada sabitlik və təhlükəsizliyin təmin edilməsi üzrə səylərini son dərəcə dəyərli və mühüm adlandıraraq, dünyanın təhlükəsizlik rəsmilərinin 7-ci iclasının Çeçenistanın paytaxtı Qroznıda keçirilməsini bu respublikadakı təhlükəsizlik və sabitliyin nişanəsi adlandırıb.
Çeçenistan prezidenti Ramazan Kadirov da bu görüşdə İran İslam Respublikası ilə iqtisadi və mədəni əlaqələrin qurulmasını istəyib.
Dünyanın yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin 7-ci beynəlxalq iclası 23-25 may tarixində dünyanın 75 ölkəsindən gəlmiş nümayəndələrin iştirakı ilə Rusiya Federeasiyasının tərkibində olan Çeçenistan Respublikasının paytaxtı Qroznıda keçirlib. Bu iclasda İran İslam Respublikasının terrorizm ilə mübarizə üzrə mövqeyi şərh edilib.