May 30, 2016 20:19 Asia/Baku
  • Qasım Süleymani
    Qasım Süleymani

Mehr xəbər agentliyinin sabiq baş redaktoru Həsən Hanizadə son zamanlar Əl-Cəzirə telekanalına verdiyi müsahibədə iranlı general Qasım Süleymaninin Fəllucədə gedən döyüşlərdəki iştirakını, bu döyüşlərin tayfalararası savaşın nişanəsi kimi qələmə verməyə çalışan aparıcının sualına cavab olaraq deyib: Gerçək olan budur ki, general Qasım Süleymani Fəllucədə, savaşın ön cəbhəsində iştirak etdiyi bir vaxtda, ərəb generalları Las Veqas, Paris və Londonda gecə klublarında əylənməklə məşğuldurlar.

Həsən Hanizadə Əl-Cəzirə kanalına verdiyi müsahibədə daha sonra deyib: "İran ümumiyyətlə tayfaçılığa əsaslanan məqsədlərə malik deyil. General Qasım Süleymani Fəllucədə sünnilərin həyatını müdafiə etmək üçün öz canını təhlükəyə atmaqla, İranın tayfaçılığa əsaslanan məqsədlər ardınca olması kimi iddiaları puça çıxartmış olub. Fəllucə 2 ildən artıqdır ki, işğal altındadır. Amma, heç bir ərəb ölkəsi və ya generalından Fəllucə sakinlərinə kömək üzrə çağırış eşidilməyib. Təhlükəsizlik məsələsi ilə bağlı Ərəb ölkələrinin İraqda boşluq yaratdıqları bir vaxtda general Qasım Süleymani öz bacarığı və təcrübəsi ilə İraq xalqı və silahlı qüvvələrinin yardımına tələsib və Fəllucənin azad edilməsində onlara kömək etməyə çalışır. Mən general Süleymaninin Fəllucə əhalisi üçün savaşdığını demirəm. General Süleymani əfi ilanın başını üzmək və bu əfi ilanın İran sərhədlərinə doğru yaxınlaşmasına icazə verməmək üçün Fəllucədədir."

Əl-Cəzirə telekanalının aparıcısı bir neçə dəfə Həsən Hanizadənin sözlərini kəsməyə çalışsa da, buna nail ola bilməyib. Sonda, verilişin prodüseri tərəfindən süni şəkildə yaradılan "texniki problemlər" üzündən Həsən Hanizadənin aparıcının son sualını cavablandırmasına imkan verilməyib.

Teqlər