İran may ayında gündəlik 2 milyon 23 min barel neft ixrac edib
İran İslam Respublikasının neft naziri deyib: İran may ayında gündəlik təxminən 2 milyon 23 min barel xam neft ixrac edib.
OPEK-in 169-cu ilcasında iştirak etmək üçün ötən gecə Vyanaya daxil olan Bijən Namdar Zəngənə Kuborq otelinə daxil olduğu zaman jurnalistlərə deyib: İran istehsalını sanksiyalardan öncəki həcmə qədər artıracaq.
O əlavə edib: İranın neft ixracatı OPEK-in 168-ci iclası ilə 169-cu iclası arasında ikiqat artıb. Bu artım bazara mənfi təsir göstərməmiş, üstəlik çox yaxşı şəkildə bazara cəzb olunmuşdur.
Zəngənə həmçinin deyib: Maksimum neft istehsalı OPEK-ə üzv ölkələrin heç birinin milli mənafeyinin xeyrinə deyil. Lakin İranın rəyi budur ki, istehsal payı müəyyənləşməlidir.
Zəngənə hazırkı bazarı nəzərə alaraq 70 dolları bir barel neft üçün münasib qiymət adlandırıb.