İran, Rusiya və Suriya müdafiə nazirləri Tehranda görüşürlər
https://azeri.sahartv.ir/news/İran-i220687-İran_rusiya_və_suriya_müdafiə_nazirləri_tehranda_görüşürlər
Bu gün Tehranda İran, Rusiya və Suriya müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2016 13:29 Asia/Baku
  • Suriya, İran və Rusiya müdafiə nazirləri
    Suriya, İran və Rusiya müdafiə nazirləri

Bu gün Tehranda İran, Rusiya və Suriya müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq.

İranın beynəlxalq xəbər kanalının verdiyi məlumata görə, İranın müdafiə naziri general-mayor Hüseyn Dehqanın rəsmi dəvəti əsasında Rusiya müdafiə naziri Sergey Şoyqu və Suriyanın müdafiə naziri Fəhd Jasim əl-Furəyc Tehranda üçtərəfli iclasda iştirak edəcəklər.

Bu iclasda regionun təhlükəsizlik vəziyyəti ilə bağlı son durumu habelə, Suriya olayları, terrorizm ilə mübarizə yolları və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.