Laricani islam ölkələrinin birlik strategiyasının yaradılmasını vurğuladı
İran İslam Şurası Məclisinin sədri islam ölkələrinin vəhdət strategiyasını izləməsinin zəruriliyini qeyd edib.
İRNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani çərşənbə günü Tehranda islam ölkələri səfirləri ilə görüşdə mübarək Ramazan ayının gəlişi münasibəti ilə onları təbrik edərək deyib: Terrorçulardan vasitə olaraq istifadə olunması yanlış strategiya olmuşdur, islam ölkələri vəhdət strategiyasını izləmələi və firqə ixtilaflarından çəkinməlidir.
Laricani İran İslam Respublikasının strategiyasını islam vəhdəti və qardaşlığının yaradılması adlandırıb və əlavə edib: İran parlamenti müsəlmanların vəhdəti və Fələstinin qələbəsi ilə nəticələnən hər bir səyi dəstəkləyir.
İran İslam Şurası Məclisinin sədri bildirib: Regionda böhranların yaradılması sürəti onların həlli sürətindən çoxdur və regionda yaradılan böhranların əsas mənfəəti sionistlərə qismət olur.
Laricani həmçinin islam ölkələrinin problemlərinin aradan qaldırılması üzrə səyləri faydalı hesab etməyib və deyib: Böhranların həlli üçün regiondakı mövcud acizlik və regiondan kənar amillər problemlərin artmasına səbəb olub.
İran İslam Şurası Məclisinin sədri regionda terror qruplaşmalarının yaradılmasının dəqiq köklərinin tapılmasını vurğulayıb və deyib: Regiondan kənar bəzi ölkələr terrorçularla mübarizə üçün koalisiya yaradırlar və çoxlu təbliğat aparırlar. Lakin terrorçuların yaradılmasının dəqiq köklərini araşdırmaq lazımdır.
İranın qanunvericilik orqanının sədri müsəlmanlar arasında firxə ixtilaflarını yaratmaq və bəzi islam ölkələrinin bu ixtilafları qızışdırmasına toxunaraq deyib: Bəzi ölkələr şiə və sünni arasında ixtilaf yaratmaqla başqa məqsədləri izləyir. Və regionun həssas şəraitində islam ölkələri uşaq oyunlarının ardınca getməməlidirər.
İran İslam Şurası Məclisinin sədri bildirib: İslam Şurası Məclisi islam dünyasının məsələlərini həll etmək və Fələstin xalqına kömək etmək üçün islam ölkələri və islam ölkələrinin səfirləri ilə əməkdaşlıq etməyə hazırdır.