İyun 24, 2016 09:48 Asia/Baku
  • İran xarici işlər naziri Hollandiya rəsmiləri ilə görüşüb
    İran xarici işlər naziri Hollandiya rəsmiləri ilə görüşüb

İran xarici işlər naziri Hollandiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşərək ikitərəfli əlaqələr, önəmli regional və beynəlxalq proseslər və məsələlər barəsində danışıqlar aparıb.

Ötən gecə Hollandiya paytaxtı Amsterdama daxil olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Haaqa şəhərində Bert Koenderslə danışıqlardan sonra birgə mətbuat konfransında iştirak edib.

Zərif bu mətbuat konfransında deyib: İran və Hollandiyanın bir-biri ilə səmimi və dərin əlaqələri vardır. Onun keçmişi XVI əsrə qayıdır.

Zərif əlavə edib: İran və Hollandiyanın müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq üçün çoxlu fürsətləri vardır.

Hollandiya xarici işlər naziri də bu mətbuat konfransında deyib: Nüvə anlaşmasından sonra əldə oolunan fürsət Hollandiyanın İran İslam Respublikası ilə əlaqələrini genişləndirmək üçün çox münasib fürsətdir.

Bert Koenders İranın iğtişaşlar və gərginliklə üzləşmiş bölgədə yerləşdiyini bəyan edərək bildirib: İran xarici işlər naziri ilə görüşdə region məsələləri, o cümlədən İraq və Suriya barəsində faydalı məsləhətləşmələr aparılıb.

Hollandiyanın baş naziri Mark Rote ilə görüşərək danışıqlar aparmaq Zərifin Haaqadakı proqramına daxil idi.

İki tərəf bu görüşdə İran və Hollandiyanın siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrinin genişləndirilməsini müsbət qarşılayıb.

Zərif həmçinin Hollandiyanın iqtisadiyyat naziri Helen Haukortla görüşdə Əhatəli Müştərək Təşəbbüs Proqramının icra prosesini araşdırıb və bu anlaşmadan sonrakı dövrdə iki ölkənin iqtisadi əməkdaşlıqlarının genişlənməsi yolları barəsində fikir mübadiləsi aparıb.

İran xarici işlər naziri Hollandiyaya daxil olduğu zaman bu ölkənin Nümayəndələr Palatasının sədri Xədicə Əriblə görüşərək danışıqlar aparıb.

Hollandiya Zərifin 3-cü səfər etdiyi Avropa ölkəsidir.

İran xarici işlər naziri Hollandiyadan sonra Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək və Özbəkistan rəsmiləri ilə danışıqlar aparmaq üçün Daşkəndə səfər edəcək.