Rusiya İranın uranı zənginləşdirmə hüququnu vurğulayır
https://azeri.sahartv.ir/news/qafqaz-i420000-rusiya_İranın_uranı_zənginləşdirmə_hüququnu_vurğulayır
Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi bildirib ki, İran xarici işlər nazirinin Tehranın tam nüvə yanacağı dövrünə sahib olmaq hüququ ilə bağlı bəyanatlarını təsdiqləyib.
(last modified 2025-05-03T10:01:53+00:00 )
May 03, 2025 13:58 Asia/Baku
  • Rusiya İranın uranı zənginləşdirmə hüququnu vurğulayır

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi bildirib ki, İran xarici işlər nazirinin Tehranın tam nüvə yanacağı dövrünə sahib olmaq hüququ ilə bağlı bəyanatlarını təsdiqləyib.

Mixail Ulyanov Seyid Abbas Əraqçinin İranın tam nüvə yanacağı dövrünə sahib olmaq hüququ ilə bağlı açıqlamasına toxunaraq, deyib: "Bu, İranın tam hüquqları çərçivəsindədir və mən Əraqçi ilə tamamilə razıyam". 

Ulyanov X sosial media platformasındakı səhifəsində Əraqçinin dediklərini yenidən paylaşaraq, yazıb: "Danışıqların bu həssas məqamında təfərrüatları şərh etməkdən çəkinməyə üstünlük verərdim, lakin nazir Əraqçi tamamilə haqlıdır".

"NPT çərçivəsində üzv dövlətlər nəinki bəzi əsas öhdəliklər götürürlər, həm də şübhə altına alına bilməyən bəzi əsas hüquqlar əldə edirlər", - deyə Ulyaov X-də vurğulayıb.