Fəllucənin azadlığı; İraq etnoslarının əməkdaşlığının nəticəsidir
İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Fəllucənin azad olunmasını İraqın etnoslarının əməkdaşlığının nəticəsi adlandırıb.
General-mayor Məsud Cəzayiri əl-Aləm telekanalına verdiyi müsahibədə İraqın qərbində Fəllucə şəhərinin azad olunması münasibəti ilə İraq xalqını təbrik edib və deyib: Bu qələbə İraq tayfaları və etnosları arasında əməkdaşlığın , xüsusilə də ordu və könüllü qüvvələrin xüsusi koordinasiyasının nəticəsidir.
İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini əlavə edib: Fəllucənin azad olunmasında iraqlıların qələbəsi önəmli siyasi və strateji nəticələri vardır və terror qruplaşmalarının zəifləməsində güclü təsiri olacaqdır.
General Cəzayiri həmçinin regionda terror və təkfirçi qruplaşmalarla mübarizə üçün İranın metodlarını açıqlayıb.
Fəllucə əməliyyatı komandanı Əbdülvəhhab əl-Saidi ötən gün Fəllucədə hərbi əməliyyatın sona çatdığını və bu şəhərin İŞİD terrorçularından tamamilə təmizləndiyini bildirib.
Əl-Saidi deyib: Bir aydan çox davam edən Fəllucədəki hərbi əməliyyatda 1800 İŞİD terrorçusu öldürülüb.