İyul 06, 2016 20:10 Asia/Baku
  • Dünya İranın görkəmli rejissorunun matəmində
    Dünya İranın görkəmli rejissorunun matəmində

Müalicə üçün Fransaya getmiş İranın görkəmli rejissoru Abbas Kiya-Rostəmi xərçəng xəstəliyi nəticəsində 76 yaşında vəfat etdi.

Le Monde qəzeti Abbas Kiya-Rostəminin vəfatını dünya kinosu üçün böyük itki adlandırıbdır ki, bu rejissor, ssenarist, fotoqraf, şair və rəssamın ölümü dünya kinosu tarixində unudulmaz iz qoyacaq.

O, "Həyat və daha heç nə" bədii filminə görə, çoxlu sayda mükafat alıbdır.

1940-cı il iyunun 21-də Tehranda anadan olmuş Abbas Kiya-Rostəmi Fransanın "Qlzıl palma" mükafatını və bir neçə beynəlxalq mükafatı alıb. O, 2011-ci ildə dünyanın altı üstün rejissoru sırasında yer alıb.

Kino xadimləri və bu tanınmış iranlı rejissora maraq göstərənlər Kino Muzeyində bir araya gələrək, "Dost evi hardadır?" fiminin xatirə lövhəsini imzalayıblar.

Fransa prezidenti bir bəyanat yayaraq, bu tanınmış iranlı rejissora yüksək dəyər verib və onu kino tarixində son dərəcə təsirli və böyük incəsənət xadimi adlandırıb.

Abbas Kiya-Rostəminin vəfatı sürətlə tanınmış beynəlxalq simalar və mediaların reaksiyası və təəssüfləri ilə üzləşib.

CNN yazır: 76 yaşlı Kiya-Rostəmi əlli il ərzində qırxdan çox film yaradıb. "Gilasın dadı" filmi 1997-ci ildə "Qlzıl palma" mükafatına layiq görülüb.

Hollivud Riporter: Kann "Qlzıl palma" mükafatını almış Abbas Kiya-Rostəmi 76 yaşında vəfat etdi.

Hollivud Riporter Kiya-Rostəminin Oskar münsiflər heyətinə seçilməsi barədə yazıb: Elə ötən həftə Kiya-Rostəmi 283 nəfərlə yanaşı Oskar münsiflər heyətinə yeni üzv kimi seçildi.

Dünən gecə saat 22-də Kiya-Rostəminin xatirəsinə İranın kino-teatrlarında film nümayişi dayandırıldı.

Teqlər