İyul 11, 2016 08:59 Asia/Baku
  • Kirmanşahda terror hadisəsi izlənilməkdədir
    Kirmanşahda terror hadisəsi izlənilməkdədir

İran daxili işlər nazirinin siyasi müavini deyib ki, İranın Kirmanşah məntəqəsindəki terror hadisəsi məsələsi Daxili İşlər Nazirliyi tərəfindən izlənilməkdədir.

IRNA-nın məlumatına görə, Məhəmməd Hüseyn Moqimi müxbirlər qarşısında belə qeyd edib: Hələ bu terror hadisəsinin amilləri müəyyənləşdirilməyib və Daxili İşlər Nazirliyi bu məsələni izləməkdədir.

İran daxili işlər naziri əvəzi Hüseynəli Əmiri də bazar günü İslam Şurası Məclisinin üzvü Heşmətullah Fəlahət Pişeyə, Dalahonun icra hakiminə və Kirmanşahın bir qrup məsul şəxsinə qarşı sui-qəsd barədə deyib ki, hücumçuların quldur dəstələrdən və ya digər qruplardan olmaları məlum deyil.

Qərbi İslamabadın İslam Şurası Məclisindəki nümayəndəsi Fəlahət Pişe də bir müsahibədə bu sui-qəsdin İrandan kənarda təşkil olunması ehtimalından danışıb.

Bazar günü axşam Dalaho şəhrestanı başçıları və vilayət rəsmilərindən ibarət bir heyətin Ricab məntəqəsindən qayıtmasından sonra məsul şəxslər karvanı bir minik avtomobilinin təqribən beş sərnişini tərəfindən atəşə tutulub.

Bu hücumda iki nəfər ölüb, və İslam Şurası Məclisinin üzvü və Dalahonun icra hakimi yaralanıbdır.

Teqlər