İyul 17, 2016 15:54 Asia/Baku
  • Həsən Ruhani: Çevriliş dövranı başa çatıbdır
    Həsən Ruhani: Çevriliş dövranı başa çatıbdır

İran İslam Respublikası prezidenti Həsən Ruhani Kermanşah əhalisi qarşısında çıxışı zamanı regionun bütün problemlərinin yeganə həll yolunun seçki qutularından keçdiyini bildirib.

Həsən Ruhani qonşu Türkiyədə hərbi çevrilişə uğursuz cəhdə işarə edib və deyib: "Bizim ilə qonşu olan bəzi ölkələrdə, çox təəssüflər olsun, hələ də çevriliş ilə iqtidarı dəyişməyin mümkün olduğunu düşünürlər. Bizim yerləşdiyimiz məntəqədə hələ də elə şəxslər var ki, tank ilə, top ilə, təyyarə ilə xalq tərəfindən seçilmiş hökuməti devirməyin mümkün olduğunu düşünürlər. Bizim yerləşdiyimiz məntəqə hələ də, çevriliş dövranının başa çatdığını dərk edə bilməyib. İstəklərin tank və topla xalqa qəbul etdirilməsi dövranının başa çatdığını dərk edə bilməyiblər. Hazırkı dövr İran, Türkiyə, Suriya, İraq, Livan, Bəhreyn və Yəmən üçün bütün problemlərin yeganə həll yolunun seçki qutuları olduğu dövrdür. Məntəqəmizdə hələ də uşaq xislətli rəhbərlər var ki, Yəmən xalqının başına bomba yağdırmaqla, günahsız insanları qanlarına qəltan edir. Məntəqəmizdə problemlər var və biz bu problemləri birliyimiz, müqavimətimiz, Vəli Fəqihimiz, vəhdət bayrağımız, İslam bayrağımız və İslam Ümmətinin vəhdət bayrağı ilə həll etməliyik. Və inşaallah, Allahın lütfü sayəsində bu xalq və bu məntəqənin problemlərinin öhdəsindən gələcəyik. İran xalqı bütün regionda təcavüzkarlar, işğalçılar və terrorçular ilə mübarizənin ön cəbhəsində dayanıbdır. "

Teqlər